
Almaniya kansleri Olaf Şolts Almaniya Sosial Demokrat Partiyasının seçkilərdəki məğlubiyyətinə görə məsuliyyəti öz üzərinə götürüb.
Bu barədə Şolts öz çıxışında bildirib.
“Bu, partiya üçün acı nəticədir, seçkilərdə itkidir”, - o bildirib.
Şolts mühafizəkar Xristian Demokrat və Xristian Sosial Birlik blokunun lideri Fridrix Merzi qələbə münasibətilə təbrik edib.
Qeyd edək ki, bu gün Almaniyada parlament seçkiləri keçirilib. Ekzit-pollun nəticələrinə görə, növbədənkənar parlament seçkilərində mühafizəkar CDU/CSU Merz bloku 29 faiz səslə qalib gəlib.
İkinci yeri rekord - 20 faizlə sağçı Almaniya üçün Alternativ Partiyası, üçüncü yeri isə 16,5 faizlə ən pis “tarixi nəticə” göstərən Şoltsun rəhbərlik etdiyi SPD Partiyası tutub.
Conflict.az