
ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Vals Ukrayna prezidenti Vladimir Zelenski haqqında sərt danışıb.
O, Ağ Evdə Ukrayna ilə bağlı son hadisələrlə əlaqədar mətbuata açıqlama verib.
Vals bildirib ki, Donald Tramp Zelenskinin masaya gəlməməsindən və bu fürsətdən istifadə etməməsindən çox məyusdur:
“Zelenski sonda bu nöqtəyə gələcək və ümid edirəm ki, bu, tez baş verəcək. Kiyev administrasiyası ABŞ-ın bu günə qədər göstərdiyi dəstəyə görə kifayət qədər minnətdar deyil. Pezidentin Zelenski ilə bağlı məyusluğu çoxşaxəlidir. Buna görə də Trampın bəzi ritorikaları qeyri-rəsmi idi”.
Conflict.az