
ABŞ hakimiyyəti Rusiyanın Ukraynaya qarşı müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi enerji resurslarının qiymətlərini azaltmaq niyyətindədir.
Bunu ABŞ-ın müdafiə naziri Pit Heqset “Ramştayn” formatında keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, bu, çox güman ki, Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına oturtmağa vadar edəcək.
Heqset qeyd edib ki, Prezident Donald Tramp ABŞ-ın enerji istehsalını genişləndirir və digər ölkələri ondan nümunə götürməyə çağırır: “Energetika sanksiyalarının daha səmərəli istifadəsi ilə birlikdə enerji qiymətlərinin aşağı salınması Rusiyanı danışıqlar masasına oturmağa məcbur edəcək”.
Conflict.az