Sizin reklam burada
Sizin reklam burada

"Altı ay ərzində Ukraynadakı döyüşlərin bitəcəyini gözləyirəm"

"Altı ay ərzində Ukraynadakı döyüşlərin bitəcəyini gözləyirəm"
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında rusiyalı həmkarı Vladimir Putinlə görüşünün Səudiyyə Ərəbistanında baş tuta biləcəyini deyib.
Bu barədə “Röyters” məlumat yayıb.
Onun sözlərinə görə, görüşün təşkilində Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman əs-Səud iştirak edir.
Tramp həmçinin vurğulayıb ki, altı ay ərzində Ukraynadakı döyüşlərin bitəcəyini gözləyir.
Qeyd edək ki, ötən gün Trampla Putin arasında telefon danışığı baş tutub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş