Sizin reklam burada
Sizin reklam burada

"Berlin cavab verməyə hazırdır"

"Berlin cavab verməyə hazırdır"
Berlin Tramp administrasiyasının tətbiq edə biləcəyi mümkün ticarət məhdudiyyətlərinə cavab verməyə hazırdır.
Bu barədə Almaniya kansleri Olaf Şolts deyib.
"İndi hələ ki, heç bir şeyin rəsmi olmadığını nəzərə alsaq, biz yalnız böyük ehtiyatla, lakin böyük aydınlıqla danışa bilərik: Tarifləri kim tətbiq edirsə, qarşılıqlı tariflər gözləməlidir”, - deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Tramp ABŞ-a polad və alüminium idxalına 25% rüsum tətbiq etməyi planlaşdırdığını söyləyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş