
ABŞ Prezidenti Donald Tramp HƏMAS-dan bütün girovları fevralın 15-i günortaya qədər buraxmağı tələb edib, əks halda Qəzza zolağında atəşkəs rejimi pozulacaq.
O, bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
"Əgər onlar şənbə günü saat 12:00-a qədər qaytarılmasa, düşünürəm ki, bütün razılaşmaları ləğv etmək vaxtı gəlib", - Tramp söyləyib.
O, HƏMAS bu tələbi yerinə yetirməsə, ABŞ-ın görəcəyi tədbirlər barədə suala cavab verməkdən yayınıb.
Xatırladaq ki, HƏMAS hərəkatı fevralın 15-nə planlaşdırılan daha bir girov qrupunun azad edilməsini təxirə salıb.
Conflict.az