Sizin reklam burada
Sizin reklam burada

"Düşünməzdim ki, bu mövqe erməni cəmiyyətində dəyişikliyə məruz qalacaq"

"Düşünməzdim ki, bu mövqe erməni cəmiyyətində dəyişikliyə məruz qalacaq"
Rusiya XİN rəsmisi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın “erməni soyqırımı” ilə bağlı açıqlamalarına münasibət bildirib.
O, brifinq zamanı bu mövzuda ona ünvanlanan sualı cavablandırıb.
“Gözləmirdim ki, bu məsələyə həm Ermənistan dövlətinin, həm Ermənistan xalqının, həm də bir etnik qrup kimi ermənilərin tarixən formalaşan konsensus mövqeyindən fərqli yanaşılacaq.
Düşünməzdim ki, illər ərzində formalaşan bu möhkəm mövqe erməni cəmiyyətinin öz daxilində hansısa dəyişikliyə məruz qalacaq. Misal üçün, elə son fikirlər. Davosdakı bəyanatlardan danışıram. Amma yenə deyirəm, bu sual bizə ünvanlanmamalıdır. Bizim mövqeyimiz Dövlət Dumasının müvafiq bəyanatında öz əksini tapıb. Bu məsələ ilə bağlı mövqeyimiz dəyişməyib”, – deyə Zaxarova qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ