arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

"Putinin hərəkətlərini qorxunc hesab edirik"

"Putinin hərəkətlərini qorxunc hesab edirik"
Ukrayna Rusiya ilə müharibə nəticəsində 100 il geriyə atılıb.
Bunu ABŞ-nin dövlət katibi Marko Rubio amerikalı jurnalist Megin Kelliyə müsahibəsində söyləyib.
“Əvvəla, icazənizlə onu bildirim ki, Putinin hərəkətlərini qorxunc hesab edirik, o, [başqa] ölkəni istila edib, dəhşətli şeylər törədib, lakin mövcud olmuş nadürüstlük ondan ibarət idi ki, biz insanları necəsə Ukraynanın Rusiyanı sadəcə yenə biləcəyinə deyil, hətta, bilirsiniz, məhv edə biləcəyinə inandırmışıq”, – dövlət katibi deyib.
O, sabiq administrasiyanın Ukraynanı “2012 və ya 2014-cü ildəki dünyaya” qayıda biləcəyi düşüncəsinə saldığını bildirib: “Bunun nəticəsidir ki, onların son ilyarımda istədikləri insan əzablarının davam etdiyi dalan vəziyyətin maliyyələşdirilməsi olub. Bununla belə, Ukrayna yüz il geriyə atılıb. Onun enerji sistemi dağılır. Kimsə bütün bunların bərpası üçün ödəməli olacaq. Bəs nə qədər ukraynalı Ukraynanı tərk edib və indi başqa ölkələrdə yaşayır? Onlar heç vaxt geri qayıtmaya bilərlər. Bu, [Ukraynanın] gələcəyidir və o təhlükə altındadır”.
Amerikanın baş diplomatının sözlərinə görə, münaqişəyə danışıqlar yolu ilə son verilməlidir: “İstənilən danışıqlarda tərəflər nədənsə vaz keçməlidir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş