Səudiyyə Ərəbistanının ABŞ iqtisadiyyatına 1 trilyon dollar sərmayə qoymağa razılaşacağını gözləyirik.
Bunu ABŞ Prezidenti Donald Tramp Davos İqtisadi Forumunda videobağlantı ilə çıxışında deyib.
“Bu gün bir çox qəzetdə Səudiyyə Ərəbistanının ABŞ-a azı 600 milyard dollar sərmayə qoyduğuna dair xəbərlər var. Bu rəqəm təxminən 1 trilyon dollara qədər yuvarlanmaq üzrədir. Düşünürəm ki, onlar bunu edəcəklər. Çünki biz onlara çox yaxşı münasibət bəsləyirik", - Tramp bildirib.
Conflict.az