Ukrayna siyasi vəziyyətə görə Serbiya və digər namizəd ölkələrdən Avropa İttifaqına üzvlüyə daha yaxındır.
TASS xəbər verir ki, bu fikri Balkan respublikasının Prezidenti Aleksandar Vuçiç Davosda Dünya İqtisadi Forumu çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə görüşünü şərh edərkən TV Pink telekanalına müsahibəsində bildirib.
“Biz Ukraynada sülh məsələsini müzakirə etdik, həmçinin onlar kimi keçdiyimiz Avropa yolu ilə bağlı bəzi məsələlər ətrafında fikir mübadiləsi apardıq. Beləliklə, biz ortaq məxrəc tapa bildik”, – Vuçiç qeyd edib.
Serbiya Prezidenti ayrı-ayrı ölkələrin Avropa İttifaqına üzv olma perspektivlərini dəqiq qiymətləndirməyin çətin olduğunu desə də, bu məsələdə Kiyevin siyasi üstünlüklərinə diqqət çəkib.
“Bunu necə müəyyən edəcəyimi bilmirəm. Siyasi cəhətdən, şübhəsiz ki, Ukrayna Avropa İttifaqına üzv olmağa bizdən daha yaxındır və bu məntiqlidir. Yəqin ki, hamıdan da yaxındır. Lakin digər bütün məqamlarda – biz bu yolda daha çox müddətdir ki, irəliləyirik”, – Serbiya lideri vurğulayıb.
Zelenski ilə danışıqların nəticələrinə görə, Vuçiç sosial şəbəkələrdə bildirib ki, Serbiya Ukrayna ilə əməkdaşlığın davam etdirilməsinə və hər iki ölkənin Avropa İttifaqına üzv olma yolunda Belqrad və Kiyevin qarşılıqlı dəstəyinə ümid edir.
Conflict.az