Sizin reklam burada
Sizin reklam burada

Paşinyan çağırış yaşında olan gənclərdə “qəfil” xəstəliklərin kütləvi şəkildə baş verməsindən narahatlığını ifadə etdi

Paşinyan çağırış yaşında olan gənclərdə “qəfil” xəstəliklərin kütləvi şəkildə baş verməsindən narahatlığını ifadə etdi
Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 15-də hökumətin iclasında çağırış yaşında olan gənclər arasında “qəfil” xəstəliklərin kütləvi şəkildə baş verməsi ilə bağlı narahatlığını ifadə edib.
Erməni mediası xəbər verir ki, Paşinyan bu məsələni Müdafiə Nazirliyinin çağırışçıların tibbi məlumatlarının uçotu üçün nəzərdə tutulan elektron sistemin tətbiqi layihəsinin müzakirəsi zamanı qaldırıb.
Yeni layihəyə əsasən, çağırış komissiyaları “Armed” adlı sistem vasitəsilə vətəndaşların tibbi məlumatlarına çıxış əldə edəcək. Bu sistem çağırış yaşına çatan şəxslərin uşaqlıqdan başlayaraq xəstəlik tarixçəsini izləməyə və hərbi xidmət dövründə “qəfil” aşkar edilən xəstəlik halları ilə bağlı manipulyasiyaları müəyyən etməyə imkan verəcək.
Ermənistanın baş naziri hərbi xidmətdən yayınmanın sosial və psixoloji təsirlərinə də toxunub. O, qeyd edib ki, hərbi xidmətdən qanunsuz azad edilmə gənclərin psixoloji vəziyyətinə mənfi təsir göstərir və onların rəqabət qabiliyyətini azaldır.
Maraqlıdır ki, Nikol Paşinyanın özü hərbi xidmətdə olmayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş