Kanada ABŞ-ın 105 milyard dollarlıq malına rüsum tətbiq edə bilər.
Məlumatı “Blumberq” agentliyi yayıb.
Məlumata görə, Kanada bu addımı ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Ottavaya sanksiya tətbiq edəcəyi halda atacaq. Artıq 105 milyardlıq ABŞ malının siyahısının Ottavada hazırlandığı bildirilib.
Agentliyin mənbəsi həmçinin deyib ki, Kanada Trampın atacağı addıma müvafiq olaraq əlavə tariflər də tətbiq edə bilər.
Qeyd edək ki, Tramp hakimiyyətə gəldikdən sonra Kanadanın məhsullarına 25%-lik gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.
Conflict.az