Sizin reklam burada
Sizin reklam burada

"Zelenski yanılır”

"Zelenski yanılır”
“Ukrayna prezidenti Vladimir Zelenski ölkənin NATO-ya üzvlüyünün alyans üçün faydalı olduğunu iddia edərkən yanılır”.
Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Rey Makqovern deyib.
O bildirib ki, Ukrayna ordusu döyüş meydanında ciddi problemlərlə üzləşir. Ona görə də ölkənin alyansa daxil olması ilə bağlı qərarı Zelenski verməyəcək.
“Cəbhə dağılır, insanlar təslim olur və ya qaçır. Rusiyanın Dneprə doğru irəliləməsi an məsələsidir”.
O, həmçinin Kiyevin Kursk vilayətinə hücumunu tənqid edərək bunu hərbi axmaqlıq adlandırıb.
Daha öncə Zelenski bildirib ki, Qərb NATO-ya dəvətdən imtinaya görə kompensasiya olaraq Ukraynaya 12-15 ədəd hava hücumundan müdafiə sistemi verməlidir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş