İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri İsrail Katzla birlikdə Müdafiə Qüvvələrinə Yəmən husilərinin strateji hədəflərinə zərbələr endirməyi əmr etdiyini bildirib.
Baş nazir müvafiq bəyanatla Knessetdə çıxış edib.
“Son günlərdə müdafiə naziri ilə birlikdə İsrail ordusuna husilərin strateji hədəflərinə dəqiq zərbələr endirməyi tapşırmışıq. Onların istifadə etdiyi mühüm terror aktivlərini məhv etmişik. Bu, ilk və sonuncu hücum deyil”, - Netanyahu bildirib.
Conflict.az