Sizin reklam burada
Sizin reklam burada

"Kərkini verəcəyik"

"Kərkini verəcəyik"
Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan 1919-cu ildə məşhur britaniyalı detektivlərdən birinin ABŞ qəzetinə verdiyi müsahibəni xatırladıb.
X.Arutyunyan həmin detektivin amerikalılara Ermənistanı iki yerə bölməyi təklif etdiyini bildirib.
“Bu, ermənilərin olduğu və olmadığı Ermənistan idi. Kim dedi ki, proqram köhnədir, onlar üçün aktuallığını itirib? Bu yaxınlarda Mger Qriqoryan dedi ki, “demarkasiyanın digər hissəsini haradan başlamaq barədə müzakirələr aparılır”. Kərkidən başlayacaqlarına mərc etməyə hazıram. Kərkini verəcəyik, hərbi bazaya çevriləcək, Zəngəzura gedən yol da azərbaycanlıların nəzarətində olacaq”, – X.Arutyunyan qeyd edib.
O, məhz bu planın Ermənistanı guya iki yerə böləcəyini iddia edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş