Donald Tramp Ukraynada müharibəni dayandıra biləcək yeganə şəxsdir və onun köməyi ilə yaxın bir neçə ay ərzində müharibə bitə bilər.
Bu sözləri ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
"Söhbət Ukrayna və Rusiyadan gedirsə, mən həqiqətən inanıram ki, yaxın bir neçə ay ərzində hər şey həll olunacaq, çünki bunu edə biləcək yeganə şəxs Prezident Donald Trampdır. Onlar bir-birini öldürməkdən yorulublar", - deyə o bildirib.
O, həmçinin Trampın Vladimir Zelenski və Vladimir Putini Vaşinqtona dəvət edib orada danışıqlar apara biləcəyi variantını da istisna etməyib.
Conflict.az