Macarıstanın Avropa Birliyi Şurasına sədrliyi sayəsində Ukrayna ilə bağlı danışıqlara "qapı açmaq" mümkün olub.
Bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
"Cəmi altı ay əvvəl heç kim sülh haqqında eşitmək istəmirdi, amma bu gün hamı sülhdən danışır. Biz real danışıqlara başlamaq üçün qapını açmışıq. Bu, Macarıstanın AB-də sədrliyinin ən böyük nəticəsidir", - Orban vurğulayıb.
Orban “açıq qapı” ilə bağlı gəldiyi nəticənin nəyə əsaslandığını açıqlamayıb.
Conflict.az