Sizin reklam burada
Sizin reklam burada

"Sülhməramlı missiyalarla bağlı qərarlar BMT çərçivəsində qəbul edilməlidir"

"Sülhməramlı missiyalarla bağlı qərarlar BMT çərçivəsində qəbul edilməlidir"
Fransa Prezidenti Emmanuel Makron Polşanın Baş naziri Donald Tuskla Varşavada görüşərək, Ukraynada müharibədən sonrakı sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsini müzakirə edəcək.
Bu barədə "Politiko"ya AB diplomatı və Fransa rəsmisi məlumat verib.
Polşanın “Rzeczpospolita” qəzetində iki ölkənin digər ölkələrin hərbçilərindən ibarət potensial 40 min nəfərlik sülhməramlı missiyanı müzakirə etdiyinə dair xəbərlə bağlı suala cavab verən avropalı diplomat bunu təsdiqləyib. Lakin o, hərbçilərin hansı ölkələrdən gətirilə biləcəyini açıqlamayıb.
Eyni zamanda, Polşa rəsmisi müttəfiqlərin Makronun təklifindən təəccübləndiyini vurğulayıb.
Diplomatın sözlərinə görə, sülhməramlı missiyalarla bağlı qərarlar Fransa prezidenti ilə ikitərəfli müzakirələr çərçivəsində deyil, BMT və ya ATƏT çərçivəsində qəbul edilməlidir. Rəsmilərin fikrincə, Polşa qoşunlarının Ukraynaya göndərilməsi yalnız NATO formatında məna kəsb edə bilər.
Nəşr qeyd edib ki, xarici qoşunların Ukraynaya yeridilməsi Rusiya Prezidenti Vladimir Putinin gələcəkdə müharibəyə başlamayacağına zəmanət verə bilər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ