
Ukrayna müxtəlif dinlərin nümayəndələrinin yaşadığı çox dindar ölkədir.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski CBN telekanalına müsahibəsində deyib.
"Bəli, biz öz gücümüzə güvənməliyik, lakin inanırıq ki, Tanrı Ukraynaya kömək edəcək", - deyə siyasətçi ümid edib.
Zelenski Ukraynanı müxtəlif inanc və konfessiyaların nümayəndələrinin hüquqlarına hörmət edən dini ölkə adlandırıb. O, həmçinin ukraynalılar arasında yevangelistlərin çoxluğuna işarə edib. Üstəlik, 29 dəqiqəlik müsahibə zamanı siyasətçi heç vaxt Moskva Patriarxlığının kanonik Ukrayna Pravoslav Kilsəsini qadağan edən qanundan bəhs etməyib.
Conflict.az