ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp subsidiyalar əvəzinə Kanada və Meksikanın Birləşmiş Ştatlarının tərkibinə daxil edilməsini təklif edib.
Bu barədə “Nyusvik” jurnalı yazır.
Bildirilib ki, ABŞ Kanadaya ildə 100 milyard dollardan çox, Meksikaya isə təxminən 300 milyard dollar göndərir.
“Bu xərclər əsaslandırılmır və əgər ABŞ onları maliyyələşdirməyə davam edərsə, qoy onda onlar ştatlar olsunlar”, - deyə Tramp qeyd edib.
Xatırladaq ki, daha əvvəl Tramp Kanada Baş naziri Castin Trüdo ilə görüşü zamanı Ottavanın qanunsuz miqrasiya və narkotik qaçaqmalçılığı problemini həll edə bilməyəcəyi təqdirdə Kanadanın ABŞ-ın 51-ci ştatı ola biləcəyi ilə hədələyib.
Conflict.az