Sizin reklam burada
Sizin reklam burada

"Başlayacaq ilk şey Konstitusiya Məhkəməsinə təzyiqdir"

"Başlayacaq ilk şey Konstitusiya Məhkəməsinə təzyiqdir"
Gürcüstan Prezidenti Salome Zurabişvili Konstitusiya Məhkəməsinin binasının yerləşdiyi Batumi şəhərində etirazçıları məhkəməyə təzyiq etməyə çağırıb.
Zurabişvili bunu axşam keçirdiyi brifinq zamanı bildirib.
"Biz təkcə konstitusiya çərçivəsində qalmırıq, lakin bu axşam Batumidə başlayacaq ilk şey Konstitusiya Məhkəməsinə təzyiqdir", - Zurabişvili qeyd edib.
Qeyd edək ki, 28 noyabrda Baş nazir İrakli Kobaxidze AB-yə üzvlük danışıqlarının 2028-ci ilə qədər dayandırıldığını bildirib. Bunun ardınca Zurabişvili “konstitusion çevriliş” olduğunu əsas gətirərək, hamını aksiyaya səsləyib.
Müxalifət Tiflisdə aksiyalara başlayıb və hələ də davam edir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ