Trampın prezidentliyi Qərb və Ukrayna üçün yaxşı heç nə vəd etmir.
Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton deyib.
O bildirib ki, Trampın andiçməsindən sonra Kiyevə yardım azalacaq, Rusiya ilə danışıqlar sürətləcənək.
Bolton həmçinin Avropanın da Ukraynaya yardımının azalacağını söyləyib, çünki AB-nin özü Rusiya ilə kommersiya əlaqələrini yeniləməyə çalışır.
“Bayden Ukraynaya üç illik yardım proqramının reallaşdırmasını gecikdirərək ABŞ-ın maraqlarını təhdid altında qoyub. Tramp dövründə əldə olunacaq sülh razılığı isə müvəqqəti olacaq”, – Bolton qeyd edib.
O, Putinin imperiyası tam bərpa olana qədər dayanmayacağını söyləyib.
Conflict.az