Sizin reklam burada
Sizin reklam burada

"Bu qərarla Aİ daxilində birliyi gücləndirəcəyik”

"Bu qərarla Aİ daxilində birliyi gücləndirəcəyik”
Avropa İttifaqı ölkələrinin Aİ-dəki səfirləri 1 yanvar 2025-ci il tarixindən etibarən Bolqarıstan və Rumıniyanın quru yolu ilə Şengen zonasına qəbulunu təsdiqləyib.
Üzv ölkələrin Aİ-dəki səfirlərindən ibarət Daimi Nümayəndələr Komitəsi (COREPER) toplanıb.
İclasda səfirlərin yanvarın 1-dən etibarən Bolqarıstan və Rumıniyanın quru yolu ilə Şengendə iştirakını təsdiqlədikləri və bu qərarın həmin ölkələr, həmçinin Avropa üçün qazanc olduğu bildirilib.
Bolqarıstan və Rumıniyanın torpaqlarının Şengenə daxil edilməsinin Macarıstanın müddətli sədrliyinin ən mühüm prioriteti olduğu qeyd edilib:
“Bu gün verdiyimiz qərarla bunu reallaşdırmaq üçün son hazırlıq addımını atdıq. Bu qərarla Aİ daxilində birliyi, sərbəst hərəkəti və davamlılığı gücləndirəcəyik”.
Yekun qərarın dekabrın 12-də Brüsseldə keçiriləcək Aİ-nin Ədliyyə və Daxili İşlər Şurasının iclasında qəbul ediləcəyi gözlənilir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ