İran hazırda İsrailə təzyiq göstərmək üçün yeni yollar axtarır və İordan çayının qərb sahilində istənilən agentlərini silahlandırmaq üçün əlindən gələni edir.
Bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib.
O əlavə edib ki, İran regiona pul və silah göndərib, təxribatçıların hazırlanması üçün təlimatçıları işə salmağa çalışır:
"Biz İranın planlaşdırdığı faktiki əməliyyatları həyata keçirmək imkanını əngəlləyirik, Hizbullah və HƏMAS-ı vururuq”.
Conflict.az