Sizin reklam burada
Sizin reklam burada

“İranın nüvə proqramı indiki kimi yüksək səviyyədə olmayıb"

“İranın nüvə proqramı indiki kimi yüksək səviyyədə olmayıb"
Britaniya Xarici İşlər Nazirliyi İrana qarşı sanksiyaları genişləndirməyə hazır olduğunu açıqlayıb.
Bu barədə ölkənin diplomatik xidməti məlumat yayıb.

Bildirilir ki, bu, Tehranın nüvə silahı yaratmasının qarşısını almağa kömək edəcək.

“İranın nüvə proqramı heç vaxt indiki kimi yüksək səviyyədə olmayıb. Biz İranın nüvə silahı inkişaf etdirməsinin qarşısını almağa və bunun üçün bütün mövcud diplomatik vasitələrdən, o cümlədən snapback mexanizmindən istifadə etməyə sadiqik”, – Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb.

Qeyd edək ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planında nəzərdə tutulan snapback proseduru 2015-ci ildə qəbul edilmiş JCPOA şərtlərinə əsasən, Tehrana qarşı BMT Təhlükəsizlik Şurasının bütün sanksiyalarının bərpasını nəzərdə tutur.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ