Sizin reklam burada
Sizin reklam burada

“Hər şey hücumun nəticələrindən asılı olacaq”

“Hər şey hücumun nəticələrindən asılı olacaq”
ABŞ Prezidenti Co Bayden administrasiyası İranı İsrailə qarşı növbəti hücuma qarşı xəbərdar edib.
Bu barədə "Axios" ABŞ rəsmisinə istinadən yazıb.

Bildirilib ki, xəbərdarlıq mesajı Vaşinqtondan Tehrana İsveçrə vasitəsilə ötürülüb.

"İran İsrailə cavab verərsə, yəhudi dövlətini cilovlaya bilməyəcəyik", - xəbərdarlıqda bildirilib.

Qeyd olunur ki, zərbələr İraq ərazisindən endirilsə belə, İsrail cavab hücumu həyata keçirə bilər.

“Hər şey hücumun nə qədər kütləvi olmasından və onun nəticələrindən asılı olacaq”, - İsrail rəsmilərindən biri nəşrə deyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ