Sizin reklam burada
Sizin reklam burada

"Bu, dəlilik sindromundan əziyyət çəkən insanın fikirləridir”

"Bu, dəlilik sindromundan əziyyət çəkən insanın fikirləridir”
ABŞ-ın sabiq prezidenti Donald Tramp hakimiyyətdən getdikdən sonra Putinlə 7 dəfə şəxsi telefon danışığı aparıb.
Bunu tanınmış amerikalı jurnalist və redaktor Bob Vudvord deyib.
O bildirib ki, Donald Tramp pandemiyanın qızğın vaxtında Rusiya prezidentinə gizli şəkildə COVID-19 sınaq aparatları göndərib.
Bob Vudvord bu barədə özünün “Müharibə” adlı yeni kitabında da bəhs edib.
O, həmçinin ABŞ prezidenti Co Baydenin İsrailin baş naziri Benyamin Netanyahu və Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın cəmi bir dəfə telefon etməsindən narazı qaldığını da diqqətə çatdırıb.
Prezidentliyə namizəd Donald Trampın kommunikasiyalar üzrə direktoru Stiven Çunq isə kitabda yer alan məlumatları təkzib edib.
“Bob Vudvordun uydurduğu hekayələrin heç biri həqiqətə uyğun deyil. Bu, dəlilik sindromundan əziyyət çəkən ağlını itirmiş bir insanın fikirləridir”, – deyə Çunq vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş