Sizin reklam burada
Sizin reklam burada

"Əsir düşsən və ya öldürülsən..."

"Əsir düşsən və ya öldürülsən..."
ABŞ-ın vitse-prezidenti Kamala Harris 2022-ci ilin fevralında Ukrayna lideri Vladimir Zelenskidən varis tapmağı xahiş edib.
"The Washington Post" xəbər verir ki, bu barədə amerikalı araşdırmaçı jurnalist Bob Vudvord kitabında qeyd edib.
Jurnalistin fikrincə, Harris 2021-ci ilin payızında Fransa prezidenti Emmanuel Makronu Rusiya ilə Ukrayna arasındakı münaqişəyə hazırlıq üçün hərəkətə keçməyə sövq etməyə çalışıb .
ABŞ vitse-prezidenti 2022-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında Zelenski ilə də danışıb.
Kitabda deyilir: "Harris o qədər irəli getdi ki, onun dediyi kimi, "əsir düşsən və ya öldürülsən" sabitliyi təmin etmək üçün ondan varislik planı hazırlamasını tələb edib".

Conflict.az

  • Sosial şəbəkədə paylaş