Sizin reklam burada
Sizin reklam burada

"Növbəti addımlarımı açıqlayacam”

"Növbəti addımlarımı açıqlayacam”
“Müqəddəs Mübarizə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan Ermənistan Konstitusiya Məhkəməsinə doğru yürüş etmək təşəbbüsü ilə çıxış edib.
O, İrəvanda keçirilən mitinqdə Şirak yeparxiyasının primatı, arxiyepiskop Mikael Adjapaxyana qarşı təhqirlərə son qoymağa çağırıb.
Qeyd edək ki, Adjapaxyan sabiq prezidentlər Serj Sarkisyan və Robert Köçəryana qarşı fikirlər səsləndirib. Bundan sonra Ermənistanın eks prezidentləri tərəfindən ona qarşı “hücum”lara start verilib.
“Adjapaxyan mənim müəllimimdir. O, mənim haqqımda da müəyyən fikirlər səsləndirib. Amma bu, o demək deyil ki, təhqirə məruz qalmalıdır”.
Qalstanyan əlavə edib ki, bu toplanışla mübarizənin həlledici mərhələsi başlayır.
“Mən tərəfdarlarımla Konstitusiya Məhkəməsinin binasına gedəcəm. Konstitusiya Məhkəməsinin bütün keçmiş və indiki hakimlərini məhkəmənin qarşısına çıxmağa dəvət edirəm. Növbəti addımlarımı məhz Konstitusiya Məhkəməsində açıqlayacam”, – deyə Qalstanyan vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş