Sizin reklam burada
Sizin reklam burada

"Ermənistan ərazisindən təhlükəsiz daşınmaya özü zəmanət verir”

"Ermənistan ərazisindən təhlükəsiz daşınmaya özü zəmanət verir”
Ermənistan hökuməti ölkə ərazisindən insanların, nəqliyyat vasitələrinin və malların sərbəst, təhlükəsiz hərəkətinə tam zəmanət verir.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında deyib.
O, İrəvanın üçüncü qüvvələrin dəhlizə nəzarətinə icazə verməyə razı olmadığını bildirib:
“Ermənistanın haradasa, hansısa sənəddə öz ərazisinin infrastrukturunun təhlükəsizliyini üçüncü dövlətlərin təmin etməsinə razılıq verdiyinə dair iddialar reallığın təhrifidir. Bunlar həqiqəti əks etdirmir. Ermənistan ərazisindən təhlükəsiz daşınmaya özü zəmanət verir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ