Sizin reklam burada
Sizin reklam burada

"Almaniya Prezidenti kimi utanc hissi keçirirəm"

"Almaniya Prezidenti kimi utanc hissi keçirirəm"
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer 1944-cü ildə nasistlərin İtaliyanın Marzabotto qəsəbəsində törətdiyi və 770 nəfərin həyatına son qoyan qətliama görə üzr istəyib.
Ştaynmayer italiyalı həmkarı Sercio Mattarellanın ardınca İtaliyaya səfər edərək Bolonya şəhərinə gəlib və Marzabotto qətliamının 80-ci ildönümü ilə bağlı keçirilən tədbirdə iştirak edib. Hər iki prezident Monte Sole ərazisində qətlə yetirilənlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyublar.
Ştaynmayer mərasimdə çıxış edərək, "Səksən il əvvəl Monte Soledə baş verənləri sözlə ifadə etmək mümkün deyil. Almaniya Prezidenti kimi ancaq ağrı və utanc hissi keçirirəm. Ölkəm adından üzr istəyirəm", - deyə bildirib.
Marzabotto qəsəbəsində 1944-cü ilin sentyabrın 29-dan oktyabrın 5-dək nasist qoşunları qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 770 dinc sakini amansızcasına qətlə yetirib. Bu hadisə İkinci Dünya müharibəsinin son illərində nasistlərin İtaliyada törətdiyi ən dəhşətli qırğınlardan biri olaraq xatırlanır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ