Sizin reklam burada
Sizin reklam burada

"Yer kürəsinin ən təhlükəsiz yeri olacaq”

"Yer kürəsinin ən təhlükəsiz yeri olacaq”
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp sui-qəsdə məruz qaldığı Batlerə qayıdacağını və orada mitinq keçirəcəyini bildirib.
Keçmiş Amerika lideri sui-qəsd qurbanlarına yardım göstərən həkimləri mitinqə dəvət etməyi planlaşdırdığını da vurğulayıb.
“Gələn həftə Butlerə qayıdacağıq. Bu böyük bir şeydir. Çox insan gələcək və mən inanıram ki, bu, Yer kürəsinin ən təhlükəsiz yeri olacaq”, - Tramp bildirib.
Xatırladaq ki, iyulun 13-də Tramp Pensilvaniyadakı seçki kampaniyası mitinqində qulağından yara alsa da, sui-qəsd cəhdindən sağ çıxıb. Sentyabrda Trampın həyatına ikinci cəhd edilib. Siyasətçi Floridanın şərqindəki "West Palm Beach"-də Tramp Beynəlxalq Qolf Klubunda olarkən hücuma məruz qalıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ