Sizin reklam burada
Sizin reklam burada

“Yaxın Şərqdə baş verənlər Cənubi Qafqazdakı vəziyyətə birbaşa təsir edir”

“Yaxın Şərqdə baş verənlər Cənubi Qafqazdakı vəziyyətə birbaşa təsir edir”
“Yaxın Şərqdə baş verənlər Cənubi Qafqazdakı vəziyyətə birbaşa təsir edir”.
Bunu erməni analitik Arman Abovyan deyib.
Onun sözlərinə görə, İsrailin son hücumlarından sonra İranın onu təhdid etməsi çətinləşir:

“İran Yaxın Şərqdə “mini hegemon” olmaq üçün bütün strategiyasını məhz bu istiqamətdə qurub. Lakin İsrailə müqaviməti getdikcə daha da çətinləşir. Təl-Əvivin həmlələrinə qarşılıq olaraq isə Tehran on milyonlarla müsəlmanın gözlədiyi cavabı vermir, yəni vəziyyət gərgindir. İsrail müharibənin uzanmasını deyil, məsələnin tez zamanda həll olunmasını istəyir. Təl-Əviv və Vaşinqtonun Tehranı daxildən parçalamaq imkanları var. Belə olan halda isə Ermənistanın regiondakı əsas rəqibi sıradan çıxır. Bu zaman Türkiyə və Azərbaycanın “Turan yolu” (Zəngəzur dəhlizi -red.) ideyaları da maneəsiz gerçəkləşə bilər.
Beləlikə dəhliz üzərində Bakı-Ankara gücü daha da artacaq. İrəvan isə hazırkı situsiyada çox qeyri-real reaksiyalar verir. Həqiqət budur ki, hökumətin addımları dəhliz planını dəstəkləyir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ