“İsrail ordusunun “Hizbullah” liderini öldürməsi göstərdi ki, Yaxın Şərqdə son aylarda gündəmi İsrail Baş naziri Benyamin Netanyahu müəyyən edir, ABŞ-ın isə regiondakı konfliktə təsir etmək gücü yoxdur”.
Bu iddia ilə “NBC News” çıxış edib.
Məlumata görə, “Hizbullah” liderinin öldürülməsi ABŞ rəhbərliyini şoka salıb. Sayt yazır ki, ABŞ rəhbərliyi dövlət katibi Entoni Blinken vasitəsilə Nyu-Yorkda İsraillə Livanı məlumatlandıraraq, 21 günlük atəşkəs əldə etmək istəyib:
“Bayden uğur qazanacağına o qədər əmin idi ki, hətta administrasiyanın yüksək vəzifəli məmuru jurnalistlərə hər iki tərəfin buna razılıq verəcəyini bildirmişdi. Amerikalılar və avropalılar mümkün razılaşmaya yaxınlaşdıqlarını düşünürdürlər, amma sonra televiziyada qatı tüstü göründü”.
Sayt bildirir ki, İsrailin Hizbullah liderinə qarşı keçirdiyi əməliyyatdan ABŞ rəhbərliyi çox qəzəblənib.
Conflict.az