Sizin reklam burada
Sizin reklam burada

"Plan Putini danışıqlara məcbur edəcək"

"Plan Putini danışıqlara məcbur edəcək"
"Mənim "qələbə planı"m Ukraynanın mövqeyini gücləndirəcək və həmçinin Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına oturtmağa məcbur edəcək".
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The New Yorker”ə müsahibəsində bildirib.
O deyib ki, sülh sammitindən sonra Ukraynanın tərəfdaşları Moskvanın danışıqlarda iştirak etməyəcəyini gördülər. Onun sözlərinə görə, Kiyevin müttəfiqləri Rusiyanı ikinci sammitə dəvət edəcək və Moska bu sammitdən, “qaçacaq”.
"İndi bizim ikinci zirvə görüşümüzü planlaşdırırıq. Onlar qaçaraq gələnə oxşamırlar", - Ukrayna lideri deyib.
Ukrayna Prezidenti bildirib ki, o, qarşıdakı üç ay ərzində ölkəni gücləndirmək, eləcə də döyüşlərə diplomatik yolla son qoymaq planını artıq kağız üzərində qurub. Zelenski etiraf edib ki, bu plan ABŞ prezidenti Co Baydenin dəstəyi ilə hazırlanıb.
Xatırladaq ki, Zelenski sentyabrın 23-nə keçən gecə BMT Baş Assambleyasının tədbirlərində iştirak etmək üçün Nyu-Yorka gedib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ