
"Qərb ölkələri Ukrayna Prezidenti Volodimir Zelenskinin çevik və idarə oluna bilən varisinin axtarışına çıxıb".
Bu barədə Serbiyanın "Politika" nəşri yazıb.
Nəşr xalqın və xarici müttəfiqlərin səlahiyyət müddəti başa çatan prezidentə etimadının böyük ölçüdə tükəndiyini bildirib.
“Şərait göstərir ki, bu gün ondan çox az şey asılıdır”, - nəşr yazır .
Qeyd edilib ki, dünya mediasında və siyasi müstəvidə konkret adlar səslənir, o cümlədən ölkənin keçmiş prezidenti Pyotr Poroşenko, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski, Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakov.
Conflict.az
