Sizin reklam burada
Sizin reklam burada

"Alternativin olmaması hakimiyyətə sərbəstlik verir”

"Alternativin olmaması hakimiyyətə sərbəstlik verir”
“Ermənistanda mühüm siyasi alternativin olmaması hakimiyyətə sərbəstlik verir”.
Bunu erməni politoloq Suren Surenyants deyib.
O bildirib ki, Ermənistanda müxalifətin əsas vəzifəsi sadəcə olaraq mövcud iqtidara qarşı çıxmaq yox, cəmiyyətin laqeydliyini aradan qaldıra biləcək siyasi məhsul hazırlamaq olmalıdır.
“Ermənistana bənzər bir çox ölkələrin təcrübəsini nəzərə alsaq, görərik ki, bu dövlətlərin əksər hakimiyyət orqanları məhz siyasi alternativin olmaması səbəbindən öz mövqelərini qoruyub saxlayırlar. Alternativin olmaması seçkilərə hazırlaşan hazırkı Ermənistan hökumətinin əlinə oynayır. Artıq cəmiyyətin geniş təbəqələrinin rəğbətini qazanmadıqlarını başa düşən hakimiyyət kifayət qədər aşağı təhsil və sosial keyfiyyətə malik olan seçiciləri səfərbər etməyə diqqət yetirir. Ancaq siyasi mübarizənin heç bir qanuni üsulu rədd edilməməlidir. Yəni, istənilən siyasi qüvvənin hakimiyyəti dəyişmək üçün bütün variantları olmalıdır. Bu, küçə döyüşü, inqilab və impiçment ola bilər. Odur ki, siyasi müxalifət yalnız bir mübarizə yolunun - seçki və ya küçə mübarizəsi girovuna çevrilməməlidir”, – deyə Surenyants vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş