Sizin reklam burada
Sizin reklam burada

“İsrailə ixrac qadağan edilir"

“İsrailə ixrac qadağan edilir"
Kolumbiya Prezidenti Qustavo Petro Qəzza zolağındakı hərbi əməliyyatlardan dolayı İsrailə kömür tədarükünün dayandırılmasını nəzərdə tutan fərman imzalayıb.
Müvafiq sənəd Kolumbiya hökumətinin saytında dərc olunub.
“İsrailə kömür ixracı qadağan edilir. Qadağa sənədin dərc edildiyi gündən beş gün sonra qüvvəyə minir”, - deyə bildirilib.
Qeyd edilir ki, 2023-cü ilin yanvar-avqust aylarında Kolumbiya İsrailə 375 milyon dollar dəyərində mal və xammal tədarük edib ki, bunun da əhəmiyyətli hissəsini kömür təşkil edib.
“İsrail enerji istehsalı üçün böyük ölçüdə kömürdən asılıdır və əlavə olaraq bu xammaldan hərbi məqsədlər üçün istifadə edir”, - sənəddə vurğulanır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş