Sizin reklam burada
Sizin reklam burada

"Bunun təxribat olduğu ehtimal edilir"

"Bunun təxribat olduğu ehtimal edilir"
Almaniyada NATO-ya aid aerodrom və baza bağlanıb.
Bu barədə "Süddeutsche Zeitung" qəzeti məlumat yayıb.
Aviabaza komandanlığının nümayəndəsi kazarmaların da bağlandığını bildirib.
Qeyd edək ki, söhbət Haylerkirhen şəhərində yerləşən NATO aviabazası və Köln-Vandakı Bundesver bazasından gedir. Bağlanmaya səbəb içməli suyun çirklənməsidir. Almaniya ordusunun sözçüsü Vonrober gecə ərzində Köln bazasının ətrafındakı hasarda deşik açıldığını, lakin günahkarın tapılmadığını bildirib. Bunun təxribat olduğu ehtimal edilir.
"Blumberq" yazıb ki, Almaniya hökuməti suyun çirkləndirilməsinin Rusiya diversiya qrupunun işi olması ehtimalını araşdırır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş