Sizin reklam burada
Sizin reklam burada

"Söhbət prosesdən gedir"

"Söhbət prosesdən gedir"
Vaşinqton və Bağdad ABŞ qoşunlarının İraqdan çıxarılmasını müzakirə etmir.
Bu sözləri Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel deyib.
"Biz heç bir mərhələdə ABŞ qoşunlarının İraqdan çıxarılmasını müzakirə etməmişik. Bununla belə, biz ikitərəfli təhlükəsizlik tərəfdaşlığı adlandıracağımız məsələyə keçidi müzakirə edirik”, - deyə o bildirib.
Onun sözlərinə görə, söhbət əvvəlki ikitərəfli strateji müzakirələrin inkişaf mərhələsində olan prosesdən gedir.
Qeyd edək ki, "Tasnim" İraqın xarici işlər nazirinin gələn ay ABŞ qüvvələrinin ölkədən çıxarılması ilə bağlı rəsmi açıqlama vermək üçün Vaşinqtona gedəcəyi haqda məlumat yaymışdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş