Sizin reklam burada
Sizin reklam burada

"Bu insanlar ordudan uzaqlaşdırılmalıdırlar”

"Bu insanlar ordudan uzaqlaşdırılmalıdırlar”
“Azərbaycan ordusu ilə döyüşlərdə bir UAZ-ı belə atəşə tutmayan, 1,5 milyard dollarlıq silah, sursatı qoyub qaçan “artsax generalları”nı bu gün Ermənistan Müdafiə Nazirliyinə gətiriblər”.
Ermənistanın DOK partiyasının sədri Vardan Qukasyan deyib
Qukasyan keçmiş qondrma rejimin Ermənistandan qaçan separatçılarının çoxuna nazirlikdə vəzifə verildiyini deyib:
“Onların hamısını indi də gətirib Müdafiə Nazirliyinə doldurublar. Həmin şəxslərdən biri də mühəndis qoşunları idarəsinin rəisi təyin edilmiş Vahram Qriqoryandır. O, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın qohumudur. Bu insanlar nazirliyə gətirilməli deyil, əslində ordudan uzaqlaşdırılmalıdırlar”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş