Sizin reklam burada
Sizin reklam burada

"Ermənistanda “Qarabağ” adını çəkmək olmur, Rusiya “Naxçıvan-Don”un dərcinə icazə verib"

"Ermənistanda “Qarabağ” adını çəkmək olmur, Rusiya “Naxçıvan-Don”un dərcinə icazə verib"
Rostovda ermənilər “Naxçıvan-Don” adlı qəzet dərc etməyə başlayıblar.
Bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, qəzetin “Naxçıvan-Don” adlanmasının səbəbi ermənilərin Rostova “Naxçıvandan köçdüklərini” nümayiş etdirmək məqsədi daşıyır.
Qəzetin yaradıcılarından olan Olya Babacanyan deyib ki, Rusiya hökuməti ermənilərə qarşı Ermənistan hökumətindən daha “mehribandır”. Belə ki, Ermənistanda “Qarabağ” adını çəkmək olmur, ancaq Rusiya “Naxçıvan-Don”un dərcinə icazə verib.
Qeyd edək ki, "Naxçıvan-Don" şəhərinin 1779-cu ildə Krımdan köçən ermənilər tərəfindən salındığı haqda vikipedik məlumat var. 1928-ci ildə "Naxçıvan-Don" Rostov-Don şəhərinə birləşdirilib.
Krımdan köçən ermənilərin yerləşdirildikləri məkanı "Naxçıvan-Don" adlandırması çox maraqlıdır. Hazırda ermənilərin Rostova "Naxçıvandan köçdüklərini" iddia etmələri üçün şans tanınır və Azərbaycana qarşı açıq şəkildə torpaq iddiaları ilə qəzet dərcinə Rusiya icazə verir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş