Sizin reklam burada
Sizin reklam burada

"Dövlət katibi və baş nazir münaqişənin genişlənməsinin qarşısının alınmasını müzakirə ediblər"

"Dövlət katibi və baş nazir münaqişənin genişlənməsinin qarşısının alınmasını müzakirə ediblər"
ABŞ Dövlət katibi Entoni Blinken Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman əs-Sani ilə telefon danışığı aparıb.
Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.
"Dövlət katibi və baş nazir gərginliyin azaldılması və münaqişənin daha da genişlənməsinin qarşısının alınması səylərini müzakirə ediblər", - Miller bildirib.
O qeyd edib ki, tərəflər həmçinin İsrail və HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəslə bağlı razılaşmaların əldə edilməsi üzrə birgə işi müzakirə ediblər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş