Sizin reklam burada
Sizin reklam burada

"Silahlarımız haqqında qətiyyən danışmayacağam"

"Silahlarımız haqqında qətiyyən danışmayacağam"
Ağ Ev ABŞ-ın F-16 qırıcılarını Ukraynaya təhvil verdiyini təsdiqləməkdən imtina edib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi müvafiq suala cavabında bununla bağlı Ukrayna tərəfi ilə əlaqə saxlamaq gərəkdiyini bildirib.
"Silahlarımız haqqında qətiyyən danışmayacağam", - deyə o bildirib.
Kirbi xatırladıb ki, elan edilmiş planlara görə, amerikalı qırıcılar bu yayın sonuna qədər Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməlidir.
Qeyd edək ki, “Blumberq” nəşri F-16 qırıcılarının ilk partiyasının artıq Ukraynaya təhvil verildiyi barədə məlumat yayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş