Sizin reklam burada
Sizin reklam burada

"Cənubi Qafqazın işlərinə qarışmaq üçün edilən cəhdlər nəticə verməyəcək"

"Cənubi Qafqazın işlərinə qarışmaq üçün edilən cəhdlər nəticə verməyəcək"
“Zəngin və firavan ölkəyə çevrilmək üçün Ermənistana Aİ-yə vizasız giriş yox, investisiyalar lazımdır”.
Bunu Rusiya Maliyyə Universitetinin Sosial-İqtisadi Tədqiqatlar İnstitutunun direktoru Aleksey Zubets deyib.
“Avropa İttifaqının Gürcüstan, Ukrayna və digər “dostlarına” verdiyi vizasız rejim vədləri siyasi manipulyasiyadan başqa bir şey deyil. Biz başa düşürük ki, bu gün vizasız rejimin təmin edilməsi gündəmdə deyil. Bu, yalnız vizasız rejimlə bağlı danışıqların başlanğıcıdır. Digər tərəfdən, anlamaq lazımdır ki, Cənubi Qafqazın işlərinə qarışmaq üçün edilən bütün cəhdlər Aİ üçün heç bir nəticə verməyəcək. İqtisadi baxımdan Ermənistan Rusiya ilə sıx bağlı olaraq qalır. Ermənistanın Rusiyadan tam asılılığı vizasız giriş təmin edilsə belə qalacaq. Vizasız gediş-gəliş Ermənistan iqtisadiyyatına sərmayə yatırmaq demək deyil. Ermənistan Azərbaycandan qat-qat yoxsul ölkədir. ÜDM və alıcılıq qabiliyyətinə görə Gürcüstandan geri qalır. Odur ki, ermənilərin Aİ-yə olan ehtiyacı Vyana Operasına vizasız girişlə bağlı deyil. Zəngin və firavan ölkə olmaq üçün Ermənistana maliyyə yardımı və sərmayələr lazımdır. Eyni zamanda viza rejiminin ləğvi Ermənistan vətəndaşlarının Avropaya axınına səbəb olmayacaq. Əsas səbəblər kimi işə düzələ bilməməyi, peşəkar ixtisasların olmamasını göstərmək mümkündür”, – deyə Zubets vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş