Çexiyanın Narazı Vətəndaşların Fəaliyyəti hərəkatının rəhbəri, ölkənin keçmiş baş naziri Andrej Babiş Petr Fialanın rəhbərlik etdiyi hazırkı hökumətin Rusiya ilə müharibə xəyalları qurduğunu bildirib.
Babişin sözlərinə görə, Çexiya F-35 qırıcılarını məhz gələcək mümkün müharibəyə görə alır.
Eyni zamanda siyasətçi qeyd edib ki, onlar yalnız illər sonra tədarük ediləcək.
Bu ilin yanvarında məlum olub ki, Çexiya ABŞ-dən 24 ədəd F-35 səsdən sürətli qırıcı sifariş edib. Müqavilənin ümumi dəyəri təxminən 6.5 milyard dollar təşkil edəcək ki, bu da Çexiya ordusunun tarixində ən böyük maliyyə əməliyyatıdır. İlk təyyarə Çexiyaya 2031-ci ildə, sonuncu isə 2035-ci ildə gətiriləcək.
Conflict.az