“Konstitusiya bizim daxili işimizdir və onun dəyişdirilməsinə heç kim müdaxilə etməməlidir”.
Bunu “Parlaq Ermənistan” Partiyasının sədri Edmon Marukyan deyib.
“İki ildir ki, dəyişiklik layihəsi üzərində işləyirik. Bizdə konstitusiya dəyişiklikləri konsepsiyası layihəsi var. Biz yeni Konstitusiyanın yazılması məsələsini müzakirə etməyə başlamışıq. Hesab edirəm ki, bizim mövcud konstitusiya kontekstimiz dəyişdirilə bilməyən maddələrə yenidən baxmağa imkan vermir. Təbii ki, ikinci rəy də var. Onu yazıb Ali Məhkəməyə göndərə bilərik. Amma Konstitusiyadakı maddələr heç bir şəkildə Ermənistanın həyati maraqlarına zidd istifadə edilə bilməz. Konstitusiya bizim daxili işimizdir. Onun dəyişdirilməsi müzakirə edilə bilməz”, – deyə Marukyan vurğulayıb.
Conflict.az