Rusiya iyulun 15-dən Ermənistan meyvə və tərəvəzlərini qəbul etməyi dayandırıb.
Bu barədə Rusiyanın Veterinar və Fitosanitar Nəzarət Xidmətinin (Rosselxoznadzor) Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin rəhbərinə göndərdiyi məktubda bildirilib.
Rəsmi izahat budur ki, aprel ayından Ermənistan meyvə-tərəvəzlərində pestisidlərin olması yüksəkdir.
Məktub iyulun 4-də “Rosselxoznadzor”un sədr müavini Karmazinin imzası ilə göndərilib. Məktuba əlavə olaraq məhsullarının Rusiyaya tədarükü qadağan edilən tədarükçü şirkətlərin 18 səhifəlik siyahısı verilmişdir ki, bu da bütün meyvə-tərəvəz istehsalçılarını nəzərdə tutur.
Conflict.az