Sizin reklam burada
Sizin reklam burada

"Qərb Ukraynaya öz hava məkanında kömək edə bilər"

"Qərb Ukraynaya öz hava məkanında kömək edə bilər"
Almaniyanın ən böyük müxalifət partiyası olan Xristian Demokrat İttifaqının sədri Fridrix Merts rəsmi Berlinin digər ölkələrdən nümunə götürərək Ukraynaya döyüş təyyarələri verməsini müdafiə edib.
Bu barədə siyasətçi ARD telekanalının efirində deyib.
F. Merts hesab edir ki, Qərb Ukraynaya ən azı öz hava məkanında hökmranlığı bərpa etməyə kömək edə bilər, çünki yerdən raket hücumlarından müdafiə olunmaq mümkün deyil:
“Və buna görə də bir çox ölkələrdə, o cümlədən Avropada Ukraynaya döyüş təyyarələrinin tədarükü artıq həll olunmuş məsələdir. Burada biz almanlar geridə qalmamalıyıq”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş