Sizin reklam burada
Sizin reklam burada

"Netanyahunun həyatı təhlükədədir"

"Netanyahunun həyatı təhlükədədir"
ABŞ-ın 45-ci prezidenti Donald Trampın həyatına sui-qəsd cəhdindən sonra İsrail hökumətinin nazirləri son aylarda ölkədə eşidilən çoxlu qərəzli bəyanatlar fonunda Baş nazir Benyamin Netanyahunun həyatının təhlükədə olduğunu bildiriblər.
Xüsusilə, 2023-cü ilin sonuna qədər xarici işlər naziri vəzifəsini icra edən İsrailin energetika naziri Eli Koen “X” səhifəsində yazıb:
“Trampın həyatına sui-qəsd cəhdi baş nazir Netanyahuna qarşı insanları qızışdıranların hamısına və bu məsələdə susmağa davam edənlərə açıq xəbərdarlıq siqnalıdır”.
Trampa sui-qəsd cəhdindən sonra rabitə naziri Şlomo Karya İsraildə vəziyyətin ikiqat ciddi olduğu fikrini bildirib: “Prezident Trampa sui-qəsd cəhdi ABŞ-da ona qarşı sonsuz təhriklərdən sonra baş verib. Baş nazir Netanyahuya, onun həyat yoldaşı və oğluna qarşı zərər vermək üçün ciddi təhriklər nəticə verməyə həmişəkindən daha yaxındır”.
Diasporla iş üzrə nazir Amixay Şikli isə bildirib ki, Trampa sui-qəsd cəhdi birbaşa ona qarşı aparılan kampaniyanın nəticəsidir:
“İsraildə Baş nazir Netanyahuya qarşı təəccüblü olsa da, oxşar təhrik kampaniyası mövcuddur. O, yalnız “sağ” tərəfdən gəldiyi üçün baş prokuror və hüquq-mühafizə sistemi tərəfindən tam cəzasız qalır. Ayıbdır”.
Öz növbəsində qəsəbələr və milli işlər naziri Orit Struk Netanyahuya qarşı ciddi təhdidlərə diqqət yetirməyin zəruriliyini bildirib:
“Əgər bu cür hədələr sağçılardan gəlsəydi, artıq inzibati tədbirlər görüləcəkdi. Netanyahuya zərər vermək üçün çoxlu təhriklər var və heç nə baş vermir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş